NATO-nun hərbçiləri qətlə yetirildi

21 Sentyabr 2013 18:43 (UTC+04:00)
Əfqanıstanın şərqində hərbçi geyimdə olan naməlum şəxs NATO-nun 3 hərbçisini qətlə yetirib. APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentindən (ISAF) məlumat verilib.

İnsidentin təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, cari il ərzində Əfqanıstanda 80-i amerikalı əsgər olmaqla 100-dən çox əcnəbi hərbçi öldürülüb.

AzNews.az