Böyük Britaniya ağıllı telefonlarla bağlı yeni addım atmağa hazırlaşır.
Hökumət məktəblərdə smartfon istifadəsinə yeni qadağa tətbiq etməyi planlaşdırır.
Təhsil Nazirliyi (DfE) tərəfindən verilən açıqlamada bildirilib ki, bu addım artıq bir çox məktəbdə tətbiq olunan telefon məhdudiyyətlərinə “hüquqi qüvvə” qazandıracaq.
Qayda halına gətiriləcək
Təhsil naziri Bricit Fillipson daha əvvəl məktəblərə göndərdiyi tövsiyədə gün ərzində telefon istifadəsinin məhdudlaşdırılmasını önermişdi.
Yeni tənzimləmə ilə bu tövsiyə rəsmi status qazanacaq və məktəblər üçün məcburi qaydaya çevriləcək.
“Görünməyəcək və eşidilməyəcək”
Təhsil nazirinin müavini Jaklin Smit Lordlar Palatasında çıxışı zamanı bildirib ki, telefonların söndürülüb çantada saxlanılması mənasını verən “görünməyəcək və eşidilməyəcək” variantı artıq rəhbər sənəddən çıxarılıb.
Mövsüm,
AzNews.az