Güzəştli ipoteka kreditindən istifadə hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir

21 Aprel 2026 16:38 (UTC+04:00)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

Bu sıraya ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də əlavə edilir.