Tramp ABŞ ordusunun Çindən İrana göndərilən “hədiyyə”ni ələ keçirdiyini deyib

21 Aprel 2026 17:56 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp dünən İrana məxsus gəminin ələ keçirildiyini bildirib.

Aznews.az xəbər verir ki, Tramp CNBC-yə müsahibəsində gəmidə olan yükün Çindən göndərildiyini deyib.

“Bu, Çinin "hədiyyəsi" idi. Mən təəccübləndim. Düşünürdüm ki, Si Cinpinlə razılaşmışdıq”, - ABŞ Prezidenti vurğulayıb.