Ölkə üzrə pensiyalar tam ödənilib

21 Aprel 2026 17:59 (UTC+04:00)

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Aznews.az xəbər verir ki, Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.