Jirinovski 90 yaşında prezident olmaq istəyir

21 Sentyabr 2013 21:58 (UTC+04:00)
Türklərə qarşı həmişə antimpatiyası ilə seçilən Vladimir Jirinovski 90 yaşına qədər Rusiya prezidentliyi uğrunda mübarizə aparacağını bildirib. AzNews.az Rusiyanın "Komsomolskaya pravda" saytına istinadən xəbər verir ki, Liberal Demokrat Partiyasının lideri seçkilərdə sonuncu dəfə 2036-cı ildə iştirak edəcəyini deyib. Vladimir Jirinovski hələki yaxın zamanlarda nə siyasətdən, nədəki televiziya ekranlarından getmək fikrində olmadığını vurğulayıb. Siyasətçi 2036-cı ilədək növbəti seçkilərin hamısında iştirak etmək və mübarizə aparmaq əzmində olduğunu deyib.
Qeyd edək ki, növbəti - 2018-ci il prezident seçkilərində onun 71 yaşı olacaq. Yaşının keçərli olmadığını anlasa da, o, namizədliyini vermək haqqında düşünür: "Mən prezidentliyə beş dəfə namizəd olmuşam. 2018-ci ildə 6-cı, 2024 cü ildə 7-ci dəfə namizədliyimi verəcəyəm. 2036-cı ildə 90 yaşım olacaq, bax, onda sonuncu dəfə seçkilərə qatılacağam. Mən seçicilərimə sadiq olmaq istəyirəm".

Azər
AzNews.az