Barat Yusubov vəzifəsindən azad edildi

22 Aprel 2026 12:41 (UTC+04:00)

“Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub.

Aznews.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Barat Yusubovun özü məlumat verib.

O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: “Məlumat doğrudur, artıq “Yeni Klinika”nın direktoru deyiləm”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az yayıb.