Zərdabda ot, Xaçmazda tövlə, Yasamalda ofis yandı

21 Sentyabr 2013 22:14 (UTC+04:00)
Azərbaycanda sentyabrın 21-də axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən veilən xəbərə görə, Zərdab rayonu, 1-Alıcanlı kəndində (rayon mərkzindən 16 km aralı) vətəndaşa məxsus ərazidə yanğın olub. Nəticədə 6 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.

Daha bir yanğın Xaçmaz rayonu, Bostançı kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlədə baş verib. Nəticədə tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Bundan başqa, paytaxtın Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 620 kv.m olan ofisdə yanğın olub. Nəticədə asma tavanın altında elektrik kabeli 0,5 p.m yanıb. Ofis və restoran yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az