Böyük Britaniya ABŞ–İran atəşkəsinin uzadılmasını alqışlayıb və danışıqların yenidən başlanmasına çağırıb.
“Böyük Britaniya atəşkəsin uzadılmasını alqışlayır. Biz danışıqların yenidən başlamasını, hərtərəfli razılaşmanın əldə olunmasını və boğazın heç bir məhdudiyyət və ya rüsum olmadan tam açılmasını görmək istəyirik”,- deyə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper bildirib.
O, xəbərdarlıq edib ki, hərbi toqquşmaların yenidən başlaması region, qlobal iqtisadiyyat və yaşayış xərcləri üçün ciddi geriləmə olacaq.
Mövsüm,
AzNews.az