ABŞ Səudiyyə Ərəbistanı bazasında Ukraynanın pilotsuz təyyarələrə qarşı sistemini yerləşdirib

22 Aprel 2026 15:09 (UTC+04:00)

ABŞ ordusu son həftələrdə Səudiyyə Ərəbistanındakı mühüm hava bazasında Ukraynanın pilotsuz uçuş aparatlarına qarşı texnologiyasını tətbiq edib.

Bu barədə məsələyə yaxın beş mənbə "Reuters" agentliyinə məlumat verib.

Mənbələrin bildirdiyinə görə, yerləşdirilən sistem Ukraynanın “Sky Map” adlı komanda və idarəetmə platformasını əhatə edir və bu sistem Şahzadə Sultan Hava Bazasına quraşdırılıb.

Bu platforma Ukrayna ordusu tərəfindən daxil olan dron təhdidlərini, o cümlədən İran istehsalı “Şahed” pilotsuz uçuş aparatlarını müəyyən etmək və onlara qarşı tutucu dronlar vasitəsilə cavab vermək üçün istifadə olunur.

Mövsüm,

AzNews.az