Macarıstan və Slovakiya Ukraynaya maliyyə ayırmaqdan imtina etsə də, Avropa İttifaqının (Aİ) 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq kreditinə qoyulan vetonu geri götürüblər.
Bu barədə TASS agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki ölkə “Avropa reparasiya krediti” adlandırılan 90 milyard avroluq maliyyə paketində iştirak etməyəcəyini təsdiqləyib.
Eyni gün Aİ-nin Kipr sədrliyi Ukrayna üçün 90 milyard avroluq krediti və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib. Bildirilib ki, “Drujba” neft kəməri vasitəsilə yanacaq tədarükü bərpa olunduqdan sonra Aİ Slovakiya və Macarıstanın etirazlardan tam imtina edəcəyini gözləyir.
Mövsüm,
AzNews.az