“Qarabağ”ın və milli komandanın oyunçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Maksim Medvedevin rəhbərliyi altında klubun əvəzedici komandasında məşq edirlər.
AzNews.az xəbər verir ki, mətbuatda gedən xəbərlərə görə hər iki futbolçu ilə mövsüm sonunda yollar ayrılacaq.
Hər iki futbolçunun əvəzedici komandaya göndərilməsinə səbəb baş məşqçi Qurban Qurbanovun bəzi qadağalarına əməl etməmələri olub.