Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatı davam edir.
Aznews.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi döşək üzərinə çıxıb.
Qurban Qurbanov (82 kq) isə eyni raundda UWW təmsilçisi Adlet Tyulyubaevlə qarşılaşıb. O, qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda UWW təmsilçisi Suner Konunovla üz-üzə gəlib. O, rəqibindən güclü olaraq medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.