Prezident: Bizim planımız 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır

22 Aprel 2026 22:38 (UTC+04:00)

Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır.

Aznews.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib.

“Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.