Latviya Prezidenti: Azərbaycanla ticari əlaqələrimizi genişləndirməyə hazırıq

22 Aprel 2026 22:41 (UTC+04:00)

Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır.

Aznews.az xəbər verir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.

“Təlatümlərin baş verdiyi bu vaxtda, - mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam, - biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində, daha geniş regionda əsas ticarət tərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcək”, - deyə Prezident Edqars Rinkeviçs vurğulayıb.