"Sabah" "Qarabağ"ı məğlub edib

22 Aprel 2026 22:47 (UTC+04:00)

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.

Aznews.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı qəbul edib.

Görüşdə hesabı ağdamlılar açıb. Lakin "bayquşlar" iki qol vuraraq adını finala yazdırıb - 2:1.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu
22 aprel
20:00. "Sabah" – "Qarabağ" 2:1

Qollar: V. Simiç, 78, P. Mbina, 87 - K. Duran, 59
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena"
İlk oyun - 2:2