Ağstafada məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin 8-ci sinif şagirdi U.İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aznews.az