Qvardiyaçılardan Ruhaniyə xəbərdarlıq

22 Sentyabr 2013 07:58 (UTC+04:00)
İran İslam İnqilab Keşikçiləri Qvardiyası ölkə prezidenti Həsən Ruhaniyə müraciət edərək, onu ABŞ-la gözlənilən danışıqlarda ehtiyatlı olmağa çağırıb.

İrandakı rejimin dayağı sayılan bu siyasi-zərbi qüvvənin müraciəti Ruhaninin Nyu-Yorka BMT-nin Baş Assambleyasında iştirak üçün getməzdən bir gün öncə yayılıb.

Qvardiyaçılar prezidenti "Ağ Evin dolaşıq və məkrli" şəbəkəsinə düşməməyə çağırıblar.

Bir müddət öncə ABŞ administrasiyası Ruhani ilə BMT-nin tədbiri çərçivəsində danışıqlara aparmağa hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, qvardiya 1979-cu ildə yaranıb. Bu hərbi təşkilatın üzvləri ayətulla Xomeyni tərəfdarlarından ibarətdir. (lent.az)

AzNews.az