İsrail Müdafiə Nazirliyi İsrail mərkəzli hərbi texnologiya və müdafiə avadanlıqları istehsalçısı "Elbit Systems" ilə 200 milyon dollar (600 milyon şekel) dəyərində hava sursatlarının alınmasına dair müqavilə imzalayıb.
MÜHARİBƏ SSENARİLƏRİNƏ HAZIRLIQ
İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, bu razılaşma qısamüddətli müharibə ssenarilərinə hazırlığın gücləndirilməsinə yönəlib.
YANVARDA DA BƏNZƏR MÜQAVİLƏ İMZALANMIŞDI
Nazirlik yanvar ayında da "Elbit Systems" ilə hava sursatlarının alınmasına dair 183 milyon dollarlıq başqa bir müqavilə imzaladığını açıqlamışdı.
Mövsüm,
AzNews.az