"Dublin" mükafatının ilk laureatı David Malouf vəfat etdi

23 Aprel 2026 15:09 (UTC+04:00)

Avstraliyalı yazıçı və şair David Malouf vəfat edib.

Bu barədə "Dublin" mükafatının rəsmi səhifəsi məlumat yayıb.

Bildirilib ki, yazıçı 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1996-cı ildə "Remembering Babylon" əsərinə görə "Dublin" mükafatının ilk qalibi olub, "Ransom" romanı isə 2011-ci ildə yenidən "Dublin"ə namizəd göstərilib.

Aznews.az