Meksikada zəlzələ

22 Sentyabr 2013 08:25 (UTC+04:00)
Meksikanın şimalındakı Çiuaua ştatında 5,4 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat hələlik daxil olmayıb.

Milli seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanların episentri Delisias şəhərindən 54 km cənub-qərbdə, 3 km dərinlikdə qeydə alınıb. Zəlzələdən az sonra 4,9 bal gücündə təkrar təkan qeydə alınıb.(apa)

AzNews.az