Televizora baxarkən çaşqınlıq demans əlaməti ola bilər - nələrə diqqət yetirmək lazımdır

23 Aprel 2026 15:50 (UTC+04:00)

Mütəxəssislər xəbərdarlıq edir ki, televizora baxarkən ortaya çıxan bəzi simptomlar demensiyanın erkən əlaməti ola bilər. Bu vəziyyət beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunur və yaddaş problemləri, davranış dəyişiklikləri, həmçinin hərəkət çətinliklərinə səbəb ola bilər.

Adətən 65 yaşdan yuxarı insanlarda daha çox rast gəlinən demensiya əlamətləri bəzən yaşlanmanın normal nəticələri ilə qarışdırılır. Lakin Alzheimer's Research UK bildirir ki, yaddaş və düşüncə prosesinin bir qədər zəifləməsi normal sayılsa da, bu dəyişikliklər gündəlik həyata mane olmağa başlayırsa, bu artıq başqa bir problemin göstəricisi ola bilər.

Qurum qeyd edir ki, bu cür əlamətlər təkcə demensiya ilə bağlı olmaya bilər – menopauza, vitamin çatışmazlığı və qalxanabənzər vəz problemləri də oxşar çətinliklər yarada bilər.

Diqqət çəkən əlamət: pultdan istifadə çətinləşir

Mütəxəssislərə görə, gündəlik sadə işlərin çətinləşməsi əsas siqnallardan biridir. Məsələn, illərlə istifadə etdiyiniz televizor pultu birdən-birə “qarışıq” görünə bilər. Bunun səbəbi beyin məlumatı emal etmə və ardıcıllığı qurma qabiliyyətinin zəifləməsidir.

NHS də bildirir ki, gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik demensiyanın erkən əlaməti ola bilər və simptomlar adətən yavaş-yavaş güclənir.

Digər mümkün əlamətlər:

Mütəxəssislər vurğulayır ki, bu əlamətlər tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Demensiya yaşlanmanın təbii hissəsi deyil və erkən diaqnoz vacibdir.

Mövsüm,

AzNews.az