“Kosmosda canlılar var“ - Foto

22 Sentyabr 2013 08:38 (UTC+04:00)
İngiltərənin elm adamları atmosferin 12 və 50 km-liyində yerləşən stratosferin 27 km-liyinə bir şar (uçan balon) göndərərək, araşdırma aparıb.

Həmin şarın üzərinə zərif zərrəciklər aşkarlanıb və bu kosmosda canlıların yaşadığına sübut kimi göstərilib.

Araşdırma şarının üzərindəki bioloji orqanizmlər tapıldığını söyləyən Şeffeld Universitetinin professoru Milton Vaininrait deyib: "Həmin orqanimzlərin Yerə aid olmadığına 95 faiz əminəm. Bunların kosmosdan gəldiyini bilirik. Bu yüksəklikyə Yer orqanimzinin qalxması və yaşaması mümkün deyil. Fizika qanunlarına əsasən, bunların xaricdən gəldiyini deyə bilərik".

Araşdırmaları "Journal of Cosmology" jurnalında yayınlanan professor və onun heyəti bildirib: "Əgər bu araşdırmamız doğrudursa, o zaman dünyaya həyatın kosmosdan gəldiyi qənaətinə gəlmək olar. Belə bir vəziyyət isə indiyə qədər ki bütün bioloji və təkamül nəzəriyyələrinin çürük olduğunu isbatlayar. Yəni bu haqda elmi kitabların yenidən yazılması gərəkdir".

Daha öncə aparılan araşdırmaya əsasən, dünyadakı həyatın meteor yağışları nəticəsində formalaşdığı iddia edilirdi. Araşdırmaları davam etdirən elm adamların bu yardımçı material ola bilər.(lent.az)

AzNews.az