Ankara Universitetinin “Modern Türklük Araşdırmaları” dərgisində türkiyəli alim Ali Kökün (Qafqaz Universiteti, Qars) Azərbaycan Səfəvi dövləti ilə bağlı məqaləsi (“Safevîlerin Azerbaycan Beylerbeyi İbrahim’e Ait Bir Yol Hükmü Belgesi”) dərc olunub.
Aznews.az xəbər verir ki, Ali Kök öz məqaləsində azərbaycanlı tarixçilərin əsərlərinə istinad edib.
O, bu əsərlərə istinad edib:
Yaqub Mahmudov. Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər). Bakı, 2006; Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007; Dilavər Əzimli. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı). Bakı, 2014; Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında). Bakı, 2020; Ahmad Guliyev. Safavids in Venetian and European sources. Venezia, 2022.