Tanınmış siyasətçiyə ömürlük həbs verildi

22 Sentyabr 2013 11:26 (UTC+04:00)
Çində uzun müddətdir dünya kütləvi-informasiya vasitələrinin diqqət mərkəzində olan məhkəmə prosesi başa çatıb.

Çunçin şəhər məhkəməsi Kommunist partiyasının sabiq katibi Bo Silayı təqsirli bilərək, ona ömürlük həbs cəzası verib. Daha əvvəl də Çzinan şəhər məhkəməsi Bo Silayı ona qarşı irəli sürülən bütün maddələr üzrə təqsirli bilmişdi.

Keçmiş siyasətçi korrupsiyada, rüşvət götürməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. İstintaqın versiyasına görə, Bo Silay qanuna zidd əməlləri sayəsində 4,3 milyon dollara yaxın pul əldə edib.

Bo Silay Çində ən mötəbər və perspektivli siyasətçilərdən biri hesab edilirdi, lakin 2012-ci ilin martında o, Kommunist partiyasının Çunçin şəhər komitəsinin katibi vəzifəsindən uzaqlaşdırılıb, partiya sıralarından çıxarılıb və ölkə parlamentindəki yerindən məhrum edilib.

"Opal maqnatı" adlandırılan 64 yaşlı Bo Silay özü isə ona qarşı irəli sürülən ittihamların hamısını təkzib edir.(anspress)

AzNews.az