Çinli alimlər Çanqe-5 zondu tərəfindən qaytarılan Ay torpaq nümunələrində iki yeni mineral aşkar ediblər.
Bu barədə "ChinaDaily" Çin Milli Kosmik Administrasiyasının bəyanatına istinadən məlumat yayıb.
Nəşrdə deyilir: "Sıçuan əyalətinin paytaxtı Çendu şəhərinin administrasiyası iki yeni mineralın Beynəlxalq Mineralogiya Assosiasiyasının komitəsi tərəfindən nəzərdən keçirildiyini və təsdiqləndiyini açıqladı".
Minerallar maqnezium chang'eite və seroz chang'eite adlandırıldı. Hər iki maddə quru minerallarında analoqu olmayan unikal kristal quruluşa malik nadir torpaq fosfat minerallarıdır.
Mövsüm,
AzNews.az