İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib

24 Aprel 2026 19:57 (UTC+04:00)

İsrail ordusu Livanın Deir Ames bölgəsində “Hizbullah” infrastrukturuna zərbələr endirib.

Aznews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, bu, “Hizbullah”ın atəşkəsi pozaraq İsrailin Ştula bölgəsinə raket hücumları həyata keçirməsinə cavab olaraq icra edilib.

Qeyd edək ki, atəşkəsin qüvvədə olmasına baxmayaraq, “Hizbullah” və İsrail bir-birlərini atəşkəsi pozmaqda ittiham edir.