İran danışıqlara hazırdır və təklif üzərində işləyir - Tramp

24 Aprel 2026 23:44 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun tələblərinə cavab olaraq öz təklifini hazırladığını bildirib.

O, “Reuters“ agentliyinə müsahibəsində deyib ki, Tehran müəyyən təşəbbüslə çıxış etməyə hazırlaşır:

“Onlar təklif hazırlayır, biz isə baxacağıq”.

Tramp əlavə detalları açıqlamayıb, lakin ABŞ tərəfinin diplomatik prosesə açıq olduğunu vurğulayıb.

Aznews.az