Qanunsuz saxlanılan silahlar aşkarlanıb

25 Aprel 2026 11:09 (UTC+04:00)

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.