“Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq avro dollarla rəqabətdə uduzur.
İndi Çin öz milli valyutasını-yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir.Gələcəkdə isə çox şey ola bilər. Məsələn elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. Hələliksə dolların hegemonluğuna ciddi bir təhlük görünmür”.