ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin ilk ifadəsi məlum olub.
Aznews.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
İki mənbə "CBS News"-a bildirib ki, 31 yaşlı Kol Tomas Allen saxlanıldıqdan sonra hüquq-mühafizə orqanlarına Tramp administrasiyasının rəsmilərinə atəş açmaq istədiyini deyib.
Qeyd edək ki, hələ şübhəlinin mümkün motivi barədə rəsmi məlumat açıqlamayıb.