Rusiya səfirliyinə hücum; yaralılar var

22 Sentyabr 2013 16:10 (UTC+04:00)
Bu gün səhər saatlarında təsadüfi atılan minaatan mərmisi Rusiyanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin ərazisinə düşərək partlayıb.

Mərminin partlaması nəticəsində səfirliyin iki əməkdaşı yüngül yaralanıb. Yaralılara ilkin tibbi yardımın göstərildi və səfirliyin adi rejimdə işini davam etdirdiyi bildirilir.

Şahidlərin bildirdiyinə görə, partlayış nəticəsində ərazidə dərin çala yaranıb.

Baş verən hadisə ilə bağlı Rusiyanın Dəməşqdəki səfirliyi məlumat yayıb. Bildirilir ki, səfirlik şəhər mərkəzində yerləşdiyi üçün mütamadi olaraq davamlı atəşə və raket zərbələrinə məruz qalır.(anspress)

AzNews.az