Xırdalanda satışa çıxarılan ev müzakirə yaradıb - VİDEO

26 Aprel 2026 14:36 (UTC+04:00)

Xırdalan şəhərində əmlak elanlarından birində satışa çıxarılan yaşayış evi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aznews.az xəbər verir ki, sözügedən ev yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşir. Diqqət çəkən məqamlardan biri isə təkcə tikilinin deyil, həm də həyət sahəsinin elektrik dirəyinin altında olmasıdır.

Sosial şəbəkə iştirakçıları belə bir ərazidə yaşayışın gələcəkdə müxtəlif problemlərə səbəb ola biləcəyini bildirirlər. Xüsusilə sağlamlıq və təhlükəsizlik riskləri ilə bağlı fikirlər ön plana çəkilir.

Müzakirələrdə qeyd olunur ki, bu cür obyektlərin satışa çıxarılması zamanı təhlükəsizlik normalarına riayət olunması vacibdir.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb./trend