Müdafiə naziri öldürüldü

26 Aprel 2026 17:45 (UTC+04:00)

Mali müdafiə naziri Sadio Kamara öldürülüb.

Aznews.az xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

Qeyd edilib ki, müdafiə naziri aprelin 25-də Katı hərbi bazasındakı iqamətgahı yaxınlığında partlayıcı yüklü yük avtomobilinin partladılması nəticəsində ölüb.

Hələ ki, Sadio Kamaranın ölümü barədə rəsmi açıqlama verilməyib.