Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var

26 Aprel 2026 18:24 (UTC+04:00)

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Aznews.az xəbər verir ki, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.