Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Aznews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Görüşün yaxın günlərdə baş tutacağı qeyd olunur.
İranın Rusiyadakı səfiri Kazem Cəlali isə açıqlamasında bildirib ki, Əraqçi bazar ertəsi Moskvaya səfər edəcək.
Onun sözlərinə görə, səfər çərçivəsində Yaxın Şərqdəki mövcud vəziyyət və münaqişə ilə bağlı danışıqlar aparılacaq.