Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
AzNews.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi.
Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.