Ursula fon der Lyayen bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən danışmaq hələ tezdir.
Berlində çıxış edən Avropa Komissiyasının rəhbəri qeyd edib ki, bu sanksiyalar İran hakimiyyətinin öz əhalisinə qarşı sərt davranışları səbəbilə tətbiq olunub.
“Əvvəlcə dəyişiklik görməliyik – əsaslı və fundamental dəyişiklik. Yalnız bundan sonra sanksiyaların ləğvi mümkündür”, – deyə o vurğulayıb.
Von der Lyayenin sözlərinə görə, Avropa İttifaqı sanksiyaları diplomatik təzyiq vasitəsi kimi saxlayır və onların yumşaldılması yalnız real irəliləyiş və davranış dəyişikliyi halında gündəmə gələ bilər.
Unsere Wettbewerbsfähigkeit ist das zentrale Thema für die Europäische Kommission.
— Ursula von der Leyen (@vonderleyen) April 27, 2026
Wir bauen Bürokratie ab und unsere Verteidigungsfähigkeit aus.
Und wir vollenden unseren Binnenmarkt und die Kapitalmarktunion.
Für ein starkes, unabhängiges Europa ↓ https://t.co/SFsSCDCZvL