Evdə qumbara partladı: bir ölü

22 Sentyabr 2013 18:54 (UTC+04:00)
Moskva yaxınlığındakı Zveniqorodu qəsəbəsindəki evlərin birində qəfildən güclü partlayış baş verib.

ANS PRESS-in "Komsomolskaya pravda"ya istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn xilasedicilər hadisənin baş verdiyi binanın bütün sakinlərini köçürdükdən sonra evdə axtarış əməliyyatına başlayıblar.

Xilasedicilər evdən "F-1" qumbarasının qəlpələrini və parşalanmış kişi cəsədi aşkar ediblər.

Ərazi polis məntəqəsindən verilən məlumatda, hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır. Bina sakinləri də polisə verdikləri ifadələrində güclü partlayış səsi eşitdiklərini bildiriblər.

AzNews.az