Miley “başını itirir“

22 Sentyabr 2013 20:29 (UTC+04:00)
"Hannah Montana" serialı ilə çox kiçik yaşda məşhurlaşan Miley Krus artıq 20 yaşlı gənc qızdır. O, son zamanlar ard-arda yaşadığı qalmaqallarla gündəmi zəbt edir.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda gənc müğənni "Vrecking Ball" adlı mahnısına çəkdirdiyi klipində lüm-lüt görüntüləri ilə pərəstişkarlarının marağına səbəb olmuşdu.

Bu, həftə isə sevgilisindən ayrılması ilə gündəmə gələn müğənni, Musiqi Festivalında səhnəyə çıxıb. Səhnədəki qeyri-adi geyimi və qəribə hərəkətləri ilə maqazin gündəminə yenidən damğa vuran müğənni -"başını itirdi" deyə saytlara manşet olub.

AzNews.az