Azərbaycan nefti 114 dollara yaxın səviyyədə ticarət olunur

28 Aprel 2026 11:37 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Aznews.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 ABŞ dolları və ya 0,1% azalaraq 113,85 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,97 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.