Bakıda anlaşma memorandumu imzalandı

28 Aprel 2026 12:00 (UTC+04:00)

İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Aznews.az xəbər verir ki, sənədə elm və təhsil naziri Emin Əmrullayev,​ iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, IE Universitetinin prezidenti Santiago Iñiguez de Onzoño və "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov imza atıb.