Keşlədə kollektorun üzərində tikildiyi üçün sökülən evin sakinlərinə şad XƏBƏR

28 Aprel 2026 13:33 (UTC+04:00)

Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardımın ödənilməsi təmin edilməlidir.