Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi

28 Aprel 2026 14:21 (UTC+04:00)

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" təsdiq edilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, sözügedən saziş 2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanıb.