Gürcüstanda Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edəcək yeni katolikos-patriarxın seçkilərinə start verilib.
İzvestiya nəşri Gürcüstan Patriarxiyasının binası qarşısından görüntülər yayımlayıb, burada artıq onlarla insan toplaşıb.
Nəşrin müxbiri Aleksey Poltoranin bildirib ki, seçkilər Gürcü Pravoslav Kilsəsinin nizamnaməsinə uyğun şəkildə keçirilir. Prosedura əsasən, əvvəlcə sinod üç namizədi müəyyən edir, daha sonra isə geniş tərkibli iclasda yekun səsvermə baş tutur.
Onun sözlərinə görə, hazırda səlahiyyətli şəxslər seçkilərin final mərhələsində iştirak edəcək namizədləri müəyyənləşdirmək üçün toplaşıblar. Sonda isə səslərin yarıdan çoxunu (50%-dən artıq) toplayan namizəd yeni katolikos-patriarx seçiləcək.
Mövsüm,
AzNews.az