Skott Bessent İrana qarşı sanksiyalar çərçivəsində yeni və daha geniş xəbərdarlıq paketi açıqlayıb.
Bessent bildirib ki, sanksiya siyahısında yer alan İran aviaşirkətləri ilə işləyən bütün fiziki və hüquqi şəxslər birbaşa sanksiya riski ilə üzləşəcəklər.
Üçüncü tərəflər də hədəfdə
Açıqlamada ən diqqətçəkən məqam yalnız İran şirkətlərinin deyil, bu şirkətlərlə dolayı əlaqə quran üçüncü tərəflərin də sanksiyalar çərçivəsinə daxil edilməsi olub.
ABŞ administrasiyası İranla ticarəti asanlaşdıran şəxs və qurumlara qarşı da sanksiyaların tətbiq olunacağını açıq şəkildə bəyan edib.
Xarici hökumətlərə xəbərdarlıq
Bessent xarici hökumətlərə də birbaşa çağırış edərək, öz ölkələrində fəaliyyət göstərən şirkətlərə nəzarət etməli olduqlarını bildirib.
Xüsusilə reaktiv yanacaq, texniki xidmət, eniş icazələri və logistika dəstəyi kimi sahələrdə İranla əlaqəli təyyarələrə xidmət göstərilməməsi vurğulanıb.
“Sanksiya riski artır” mesajı
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi İranla işləyən şirkətlərin ciddi maliyyə riskləri ilə üzləşdiyini qeyd edərək deyib:
“ABŞ sanksiyaları altında olan İran aviaşirkətləri ilə işləmək, bu sanksiyalara məruz qalmaq riskini artırır.”
İqtisadi təzyiq strategiyası genişlənir
ABŞ administrasiyası İrana qarşı “maksimum təzyiq” siyasətini davam etdirdiyini açıqlayıb.
Bu çərçivədə yalnız birbaşa İran deyil, İranla dolayı iqtisadi əlaqədə olan bütün tərəflərin də hədəfdə olacağı bildirilib.
Gərginliyin iqtisadi cəbhəsi
Ekspertlərin fikrincə, bu açıqlama ABŞ-ın İrana qarşı təzyiq siyasətini diplomatik və hərbi sahədən daha geniş şəkildə iqtisadi müstəviyə keçirdiyini göstərir.
Yeni sanksiyaların xüsusilə aviasiya və logistika sektorlarında fəaliyyət göstərən beynəlxalq şirkətlərə birbaşa təsir edəcəyi gözlənilir.
Mövsüm,
AzNews.az