Məşhur rejissor öldü

22 Sentyabr 2013 21:10 (UTC+04:00)
Dünya daha bir məşhur rejissorunu itirdi. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ricard Sarafian 83 yaşında vəfat edib. Onun ailəsindən verilən məlumata görə, rejissor soyuqdəymədən müalicə edildiyi xəstəxanada vəfat edib.

O, kariyerasına 1960-cı ildə "Gunsmoke", "I Spy" və "77 Sunset Strip" kimi seriallarla başlayıb. Dünya miiqyasında məşhruluğu isə ona 1971-ci ildə ərsəyə gətirdiyi "Vanishing Point" filmi qazandırıb.

R.Sarafian aktyor kimidə filmlərə çəkilib. O, 1990-cı ildə "Bugsy" və "Bulworth" filmləri ilə tamaşaçı qarşısına çıxıb.

AzNews.az