Almaniya Federal Kansleri Fridrix Mers, Şimali Reyn-Vestfaliya əyalətinin Marsberq şəhərində yerləşən Böyük Karl Gimnaziyasında (Carolus-Magnus-Gymnasium) Avropa İttifaqı Layihə Günü çərçivəsində keçirilən proqramda şagirdlərlə bir araya gəlib.
ABŞ-ın İrandakı müharibəni sürətli şəkildə sona çatdıra biləcəyinə inanmadığını bildirən Mers: "Çünki iranlılar əvvəl düşünüləndən çox daha güclüdürlər və amerikalıların danışıqlarda həqiqətən inandırıcı bir strategiyası yoxdur," — deyə bildirib.
Mers qeyd edib ki: "Bu növ münaqişələrin problemi hər zaman budur: təkcə daxil olmaq kifayət deyil, həm də yenidən çıxmaq lazımdır. Biz bunu Əfqanıstanda 20 il ərzində çox acı bir şəkildə gördük. İraqda da gördük."
Mers, amerikalıların İrandakı bu müharibəyə heç bir planları olmadan girdiklərini və bunun da münaqişəni indi sona çatdırmağı daha da çətinləşdirdiyini müdafiə edib.
İranlıların çox yaxşı danışıqlar aparan tərəf olduqlarını və ya danışıqlar aparmamaq mövzusunda çox bacarıqlı olduqlarını qeyd edən Mers: "Bütöv bir millət (ABŞ) İran rəhbərliyi tərəfindən alçaldılır," — deyib.