Qaxda canavarlar 5 baş qoyunu parçaladı

28 Aprel 2026 19:25 (UTC+04:00)

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

Aznews.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında, rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər.

Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziyan vurub.