Gündə 170 milyon dollar itki! ABŞ-dən İranın neft şəbəkəsinə ağır zərbə

29 Aprel 2026 05:07 (UTC+04:00)

ABŞ-nin maliyyə naziri Skott Bessent çərşənbə axşamı bildirib ki, nazirlik İranın “kölgə” maliyyə və ticarət şəbəkələrini hədəf alan sanksiyaları genişləndirib.

ABŞ-nin maliyyə naziri Skott Bessent bu barədə özünün "X" hesabında qeyd edib.

Bu şəbəkələrə bank kanalları, kriptovalyutaya çıxış, neft daşımaları üçün istifadə olunan donanmalar və təchizat əməliyyatları daxildir.

Bessent X sosial şəbəkəsində yazıb ki, tədbirlər həmçinin İran neftinin vasitəçi alıcılarını, o cümlədən Çindəki “teapot” adlanan kiçik emal zavodlarını da hədəf alır və onların Tehranının neft ixracını davam etdirməsinə kömək etdiyini qeyd edib.

O əlavə edib: “İranın əsas neft ixrac terminalı olan Xarg adası tezliklə saxlama tutumunun son həddinə çatır ki, bu da rejimi neft hasilatını azaltmağa məcbur edəcək. Nəticədə gündəlik təxminən əlavə 170 milyon dollar gəlir itkisi yaranacaq və bu, İranın neft infrastrukturuna daimi ziyan vuracaq. Xəzinədarlıq maksimum təzyiqi davam etdirəcək və Tehrana qeyri-qanuni axınları asanlaşdıran hər bir şəxs, gəmi və ya qurum ABŞ sanksiyaları ilə üzləşmək riski daşıyır”.

The Treasury Department, through Economic Fury, has targeted Iran’s international shadow banking infrastructure, access to crypto, shadow fleet, weapons procurement networks, funding for terrorist proxies in the region, and independent Chinese “teapot” refineries that support…

— Treasury Secretary Scott Bessent (@SecScottBessent) April 29, 2026

Mövsüm,

AzNews.az